Zelenski ilə Tramp arasında telefon danışığı baş tutdu
Dünya
05.08.2025 18:40
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı apardığını və söhbət zamanı Ukraynadakı müharibənin dayandırılması, Rusiyaya qarşı sanksiyalar və pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair mümkün sazişin müzakirə olunduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Telegram" kanalında paylaşım edib.
“Ən vacib məsələ müharibənin dayandırılmasıdır. ABŞ Prezidentinə ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə təşəkkür edirik. Bu gün Ukrayna ilə ABŞ-nin mövqelərini koordinasiya etdik. Təbii ki, Rusiyaya qarşı sanksiyalar məsələsi də gündəmdə idi”.
O, əlavə edib ki, Ukrayna tərəfi PUA-ların birgə istehsalı ilə bağlı layihə sazişini artıq hazırlayıb:
“Bu sənədi ətraflı müzakirəyə və imzalamağa hazırıq”.
Töhfə Səməd
tag: Ukrayna ,Volodimir Zelenski,ABŞ ,Donald Tramp,Todaypress.tv,