KİV: Tramp Rusiyaya qarşı öhdəlik götürməyib
Dünya
05.09.2025 14:10
ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə razılaşmalara baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək öhdəliyi götürməyib.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”ın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Tramp yalnız ABŞ və Avropanın əlavə sanksiyalar, o cümlədən ikinci dərəcəli məhdudiyyətlər üzərində texniki işlərə başlaya biləcəyinə razılıq verib.
Lakin o, konkret yeni sanksiyalar tətbiqinə dair açıq vədlər verməyib.
Nəşrin yazdığına görə, Ağ Evin nümayəndəsi bildirib ki, Tramp telefon danışığı zamanı Avropa liderlərini Rusiya nefti almağı dayandırmağa və Çinə iqtisadi təzyiq göstərməyə çağırıb.
Xatırladaq ki, Avropa tərəfi Trampın bu məsələdə qətiyyətinə şübhə ilə yanaşır və onun yeni sanksiyalara hazır olub-olmadığını sual altına alır.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Avropa ,Çin,Todaypress.tv,