ABŞ-də bayrağın yandırılmasına görə cəza tətbiq olunacaq
Dünya
21.08.2025 12:20
ABŞ Prezidenti Donald Tramp Amerika bayrağının yandırılmasına görə məsuliyyət müəyyən edilməsini nəzərdə tutan prezident sərəncamını imzalamağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə "NewsNation" telekanalı prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Belə ki, sərəncam ABŞ Baş prokuroru Pam Bondiyə bayrağın yandırılması hallarını araşdırmağı və mövcud qanunvericiliyə əsasən bu hərəkətlərə cinayət işi açılıb-açıla bilməyəcəyini müəyyənləşdirməyi tapşıracaq.
Sərəncam bu cür halları ictimai asayişin pozulması, xuliqanlıq və ya ətraf mühitin mühafizəsi qanunvericiliyinin pozulması kimi şərh etməyə də imkan verəcək.
Qeyd edək ki, 1989-cu il iyunun 21-də ABŞ Ali Məhkəməsi qərar çıxararaq bayrağın yandırılmasını siyasi ifadə forması kimi tanımış və bu hərəkəti Konstitusiyanın Birinci Düzəlişi ilə qorunan ifadə azadlığı çərçivəsində qiymətləndirmişdi.
Töhfə Səməd
tag: ABŞ,Bayraq,Yanma,Cəza,Todaypress.tv,