Zelenski Hindistanın Baş naziri ilə danışdı

Dünya

11.08.2025 17:50

Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.

Prezident bildirib ki, söhbət uzun və əhatəli olub. Tərəflər ikitərəfli əməkdaşlıq, eləcə də diplomatik vəziyyət daxil olmaqla bir çox vacib məsələləri müzakirə ediblər.

Zelenski Hindistanın "Ukrayna ilə bağlı hər şey Ukraynanın iştirakı ilə həll olunmalıdır" mövqeyini dəstəklədiyini qeyd edib və Modi ilə Rusiyaya qarşı sanksiyaları da müzakirə etdiklərini bildirib.

Ukrayna liderinin sözlərinə görə, onlar sentyabr ayında şəxsi görüş keçirmək barədə razılığa gəliblər. Bu, iki ölkə arasında diplomatik təmasların daha da dərinləşməsi baxımından mühüm addım hesab olunur.

Türkan İsgəndərli

tag: Zelenski,Hindistan,Ukrayna,Narenda Modi,Todaypress.tv,