Çin ABŞ üçün nəzərdə tutulan malları Almaniyaya göndərir

Dünya

10.07.2025 15:57

ABŞ üçün nəzərdə tutulan Çin istehsalı mallar indi Almaniya bazarına daxil olur. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Xarici Ticarət Assosiasiyası məlumat yayıb.

Bu dəyişiklik ABŞ prezidenti Donald Trampın başladığı tarif müharibəsinin birbaşa nəticəsi hesab olunur. Artıq ABŞ bazarına daxil ola bilməyən Çin məhsulları getdikcə daha çox Avropa bazarına, xüsusilə Almaniyaya yönləndirilir.

Çin Gömrüyünün məlumatına görə, may ayında ABŞ-yə ixrac 34,5% azalıb. Bu, 2020-ci ilin əvvəlində pandemiya başlayandan bəri ən kəskin azalmadır. Eyni dövrdə Avropa İttifaqına ixrac 12% artıb.

Almaniyanın Federal Statistika İdarəsinin hesabatına əsasən, Çindən Almaniyaya idxal yanvar-may aylarında 10%-dən çox artaraq 67,5 milyard avroya çatıb. Bu, Almaniyanın Çinlə ticarət əlaqələrinin gücləndiyini, eyni zamanda ABŞ-Çin ticarət gərginliyinin Avropa bazarlarında ciddi təsirlər yaratdığını göstərir.

Türkan İsgəndərli

tag: ABŞ,Çin,Almaniya,Tramp,Todaypress.tv,