Zelenski Almaniyada Merts ilə danışıqlar aparacaq
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Almaniyaya səfər edəcək və kansler Fridrix Merts ilə görüşəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.
Məlumata görə, Merts Rusiya və Ukrayna arasında mümkün texniki danışıqların gələcək mərhələlərini Zelenski ilə müzakirə etmək niyyətindədir. Bundan əlavə, kansler Avropa İttifaqının yeni anti-Rusiya sanksiya paketi ilə bağlı planlarını da Kiyev rəhbərliyinə təqdim etməyi planlaşdırır. Bu paket Moskvanı ciddi danışıqlara başlamağa məcbur etmək məqsədi daşıyır.
Görüşdə həmçinin Ukraynaya hərbi yardım məsələsinin də gündəmə gələcəyi gözlənilir. Nəşr qeyd edib ki, yeni Almaniya hökuməti ictimaiyyət qarşısında silah paketləri barədə əvvəlki kimi açıq danışmasa da, arxa planda Ukraynanın müdafiə sənayesinə, xüsusən uzaqmənzilli silahların istehsalında dəstək imkanları müzakirə ediləcək.
Qiymət Mahir
tag: Zelenski ,Ukrayna ,Avropa İttifaqı,Rusiya,todaypress.tv,