Alar Karis: “Qonşu torpaqları ələ keçirmək ambisiyası Rusiyanın genlərində var”
Dünya
09.06.2025 16:30
Estoniya prezidenti Alar Karis bildirib ki, Rusiyanın qonşu ölkələrin torpaqlarını ələ keçirmək istəyi onun genlərində var.
TodayPress TV xəbər verir ki, bu barədə "LRT" məlumat yayıb.
“Biz bilirik ki, qonşumuz (Rusiya - red.) yalnız indi Ukraynada deyil, keçmişdə də aqressiv olub. Bir vaxtlar Rusiyanın qonşularının torpaqlarını ələ keçirmək ambisiyalarını unutmuşduq. Amma bu ambisiyalar Rusiyanın genlərində mövcuddur”, - deyə Karis vurğulayıb.
O, həmçinin əlavə edib ki, Rusiya təkcə yaxın gələcəkdə deyil, hətta yüz il sonra belə “uzunmüddətli təhdid” olaraq qala bilər.
Xatırladaq ki, bundan bir gün əvvəl Litva prezidenti Gitanas Nauseda da Rusiyadan gələ biləcək hücum təhlükəsi ilə bağlı iddialar səsləndirib. O bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar gözlənilən nəticəni verməyib.
Töhfə Səməd
tag: Estoniya ,Prezident,Alar Karis,Rusiya,todaypress.tv,