İspaniyada meşə yanğınına görə 1,5 mindən çox insan təxliyə edildi

İspaniyada meşə yanğınına görə 1,5 mindən çox insan təxliyə edildi
06.08.2025 22:10 Dünya

İspaniyanın Kadis əyalətinin Tarifa şəhərində böyük meşə yanğını ilə əlaqədar 1 500-dən çox insan təxliyə edilib.

TodayPress TV  xəbər verir ki, bu barədə “Mundo” qəzeti məlumat yayıb.

“Yaxınlıqdakı mehmanxanalardan, düşərgələrdən və yaşayış binalarından 1 550 nəfər təxliyə edilib. Avqust ayında mehmanxanaları dolduran istirahət edən şəxsləri əvvəldən evakuasiya etmək lazım gəldi”, - nəşr yazır.

Məlumata görə, “Torre La Peña” düşərgəsində başladığı ehtimal edilən yanğın turizm bölgəsinə də keçib. Çərşənbə gününə keçən gecə Əndəlüs Meşə Yanğınsöndürmə Xidmətinin 100-dən çox mütəxəssisi yanğının N-340 magistral yoluna və hotel komplekslərinə keçməsinin qarşısını almaq üçün çalışıb. Səhər saatlarında yanğının söndürülməsinə 6 təyyarə də cəlb olunub.

Tarifa meri Xose Antonio Santosun sözlərinə görə, bu yanğın son illərin ən ciddi yanğını olub. Onun söndürülməsinə əyalətin hər yerindən yanğınsöndürənlər cəlb olunub.

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər