Zaxarova Türkiyə-Ermənistan münasibətlərindən danışdı
Dünya
18.09.2025 17:33
"Rusiya Ermənistan və Türkiyə arasında tezliklə barışığın tərəfdarıdır və bunu Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və davamlı inkişafın təmin edilməsi üçün zəruri ilkin şərt hesab edir".
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O xatırladıb ki, Ermənistan-Türkiyə danışıqlarının birinci raundu 2022-ci ilin yanvarında Moskvada baş tutub və bu, yaxşı nəticələr verə bilər.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında normallaşma prosesinin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç ilk görüşlərini 2022-ci ilin yanvarın 14-də Moskvada keçiriblər.
Bu il sentyabrın 13-də Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib.
Türkan İsgəndərli
tag: Rusiya,Ermənistan,Türkiyə,Barışıq,Todaypress.tv,