Zalujnı Anna Netrebkonun çıxışını “xəyanət” adlandırdı
Dünya
08.09.2025 11:58
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı, rusiyalı opera müğənnisi Anna Netrebkonun Londonda səhnəyə çıxmasına icazə verilməsini “xəyanət” adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Zalujnı sentyabrın 11-də Kral Opera Teatrında Netrebkonun çıxışını Rusiya Prezidenti Vladimir Putinin “ən yaxın və sadiq müttəfiqi” olan Böyük Britaniya üçün bir sınaq kimi qiymətləndirib.
"Kreml bu cür siqnallara diqqətlə yanaşır. Onun ən yaxın müttəfiqlərinə dünya səhnələrində heç nə olmamış kimi çıxış etməyə icazə verəcəyik?", - deyə səfir bildirib.
Qeyd edək ki, Netrebko sentyabrın 11-də Londondakı məşhur Kovent-Qarden səhnəsində mövsümün açılışında çıxış edəcək. O, “Toska” operasında baş rolu ifa edəcək və biletlərin artıq tam satıldığı bildirilib.
Türkan İsgəndərli
tag: Ukrayna,Böyük Britaniya,Rusiya,Teatr,Todaypress.tv,