Şahzadə Harri əmisi ilə dalaşdı
Dünya
05.08.2025 13:05
Sasseks hersoqu Şahzadə Harri ilə əmisi Şahzadə Endrü arasında 2013-cü ildə baş verən şəxsi münaqişə fiziki qarşıdurmaya çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, mübahisə Endrünün Harri haqqında arxasınca xoşagəlməz sözlər söyləməsi ilə başlayıb. Harri isə bu sözləri onun üzünə deməsini tələb edib və nəticədə dava düşüb. Qarşıdurma zamanı Harri əmisi Şahzadə Endrünün burnunu sındırıb.
Həmçinin qeyd olunur ki, Endrü Harri ilə həyat yoldaşı Meqan Markl barədə də sərt ifadələr işlədib.
Lakin Harri və Meqanın sözçüsü bu iddiaları qəti şəkildə təkzib edib. Bildirilib ki, "Harri ilə Endrü arasında heç vaxt fiziki qarşıdurma olmayıb" və Endrü heç vaxt Meqan haqqında belə fikirlər səsləndirməyib.
Türkan İsgəndərli
tag: Şahzadə Harri,Şahzadə Endrü,Meqan Markl,Münaqişə,Todaypress.tv,