Yaponiyada temperatur rekordu qeydə alındı
Dünya
05.08.2025 19:30
Yaponiyada tarixdə ilk dəfə olaraq 41.6 dərəcə Selsi temperatur qeydə alınıb. İsesaki şəhərində ölçülən bu göstərici ölkənin rəsmi müşahidələr tarixində ən yüksək istilik kimi qeydə alınıb.
TodayPress TV xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, rekord göstərici avqustun 5-də, yerli vaxtla saat 14:20-də Qunma prefekturasının İsesaki şəhərində ölçülüb.
Eyni gün Qunma və Saitama prefekturalarının digər şəhərlərində də temperatur 41 dərəcəni keçib.
Agentlik Kanto-Koşin bölgəsində anomal istilərin davam edəcəyini proqnozlaşdıraraq əhaliyə çöldə fəaliyyətdən çəkinməyi, kondisionerdən istifadə etməyi və su balansına diqqət etməyi tövsiyə edib.
Qeyd olunur ki, artıq ölkənin 47 prefekturasından 44-də istilərlə bağlı fövqəladə xəbərdarlıqlar elan olunub. Bu isə mövsüm ərzində verilmiş ən genişmiqyaslı istilik xəbərdarlığı kimi qiymətləndirilir.
Qiymət Mahir
tag: Yaponiya,Qunma,Saitama ,Selsi,Todaypress.tv,