İspaniya İslam Şurası qanuni fəaliyyətə başlayacağını açıqladı

Dünya

08.08.2025 13:02

İspaniyanın Jumilla şəhərində ictimai idman obyektlərində dini fəaliyyətlərin qadağan olunması cəmiyyətdə ciddi narazılığa səbəb olub.  

TodayPress TV xəbər verir ki, bu barədə İspaniya İslam Şurası məlumat yayıb. 

İspaniya İslam Şurası bu qərarı "fundamental hüquqların pozulması" kimi qiymətləndirərək, şəhər rəhbərliyinə qarşı hüquqi tədbirlərə başlayacağını bəyan edib. 

“İslamın tarixi və bugünkü mövcudluğunu tanımayan bu cəhalət dalğası bizi dərin narahat edir. Bu, irsimizin üzərindən xətt çəkmək deməkdir”, - deyə İdarə Heyəti bildirib. 

Bundan əlavə, İspaniya İslam Dini Qurumları Federasiyası da Jumilla bələdiyyəsinin qərarını sərt tənqid edib. Federasiya, tədbiri “din azadlığına qarşı ciddi addım” və “irqçi və islamofobik” adlandırıb.  

Qeyd edək ki, İspaniyanın Jumilla şəhərində ictimai idman obyektlərində dini fəaliyyətlərin təşkili qadağan olunub. 

Aysel Mətləb

tag: İspaniya,İslam şurası,Qanuni,Fəaliyyət,Todaypress.tv,