Yaponiya "Apple"-a sərt qaydalar tətbiq edir
Dünya
07.08.2025 18:45
Yaponiya "Apple" şirkətindən "iPhone"da yalnız "App Store"dan istifadə məhdudiyyətini aradan qaldırmağı tələb edib. Yeni qaydalar 18 dekabr 2025-ci ildə qüvvəyə minəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Ədalətli Ticarət Komissiyası bildirib.
Qeyd olunub ki, "Apple" artıq digər tətbiq mağazalarına da icazə verməlidir. Bundan əlavə, tərtibatçılar öz proqramlarında alternativ ödəniş sistemlərindən istifadə edə biləcəklər.
Yeni tələblərə görə "Apple" "App Store"da rəqib proqramlara qarşı ayrı-seçkilik etməməlidir. Rəqib məhsullar hazırlayarkən tərtibatçıların şəxsi məlumatlarını istifadə edə bilməz. Cihaz funksiyalarını və avadanlıqları digər tətbiqlərə də açmalıdır. Hər il uyğunluq hesabatı təqdim etməlidir.
Bu addım "Apple" və "Google"un bazardakı üstünlüyünə qarşı tədbir kimi qiymətləndirilir.
Türkan İsgəndərli
tag: Apple,iPhone,App Store,Yaponiya,Todaypress.tv,