Keçmiş AFAD rəhbəri Qəzzaya humanitar yardım koordinatoru təyin edildi

Dünya

16.10.2025 17:50

Türkiyə təbii fəlakətlərin idarə olunması agentliyinin (AFAD) keçmiş rəhbəri Mehmet Güllüoğlu Qəzzaya yardım üzrə məsul vəzifəyə gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya hücumunu kəskin tənqid edib və ABŞ prezidenti Donald Trampın danışıqlardan kənarda qalmasından sonra Qətər və Misirlə birgə müharibəni dayandırmaq üçün plan imzalayıb.

Mənbə bildirir ki, Güllüoğlu bölgəyə yollanıb və Qəzzaya humanitar yardımların koordinasiyasını həyata keçirəcək. Onun vəzifələri arasında yardımların müəyyənləşdirilməsi, BMT qurumları ilə əməkdaşlıq, Türkiyədən yardımın maneəsiz çatdırılması, Misir və İordaniya rəsmiləri ilə məsləhətləşmələr, yaralıların təxliyəsi və tibbi yardımların genişləndirilməsi yer alır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ərdoğan,Türkiyə,Qəzza,Yardım,Todaypress.tv,