Vyetnamda “Bualoi” qasırğası: Ölənlər var

Dünya

03.10.2025 09:17

Vyetnamın şimalında və mərkəzi hissəsində “Bualoi” qasırğası və onu müşayiət edən daşqınlar, o cümlədən torpaq sürüşmələri 51 nəfərin ölümünə, 14 nəfərin itkin düşməsinə, 164 nəfərin isə yaralanmasına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Dyke” İdarəetmə Təşkilatı hesabatda bildirib.

İlkin iqtisadi itkilərin təxminən 15,9 trilyon Vyetnam dolları olduğu təxmin edilir. 

Qasırğa 238.000-dən çox evi və təxminən 89.000 hektar çəltik və digər əkin sahələrini su altında qoyub.

17.000 hektardan çox akvakultura və 50.300 hektar meşə sahəsinə ziyan vurub, 8800-dən çox elektrik dirəyi yıxılıb, 468500-ə yaxın ev isə hələ də işıqsız qalıb.

Əlavə olaraq, 1500-ə yaxın məktəb isə zədələnib.

Yerli hakimiyyət orqanları bərpa işlərini davam etdirir, bağlanmış yolları təmizləmək, əsas xidmətləri bərpa etmək və təsirlənmiş icmalara dəstək olmaq üçün avadanlıqları səfərbər edir.

Aysel Mətləb

TodayPress TV

tag: Vyetnam,Bualoi,Qasırğa ,Ölənlər ,Todaypress.tv,