Volodimir Zelenski: "Ukrayna Aİ ilə üzvlük danışıqlarının ilk mərhələsinə hazırdır"

Dünya

02.10.2025 15:15

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını ölkəsinin üzvlüklə bağlı danışıqların ilk mərhələsini açmağa çağırıb.

TodayPress TV "Ukrinform" a İstinadən xəbər verir ki, onun sözlərinə görə, Ukrayna qanunvericiliyin yoxlanılması prosesini artıq başa çatdırıb və danışıqların birinci klasterinin açılmasına tam hazırdır.

Kopenhagendə keçirilən Avropavropa Siyasi Birliyinin Zirvə toplantısında çıxış edən Zelenski bildirib ki, Aİ ilə real irəliləyişə ehtiyac var. O, həmçinin Aİ liderlərini Moldova və Qərbi Balkan ölkələrinə də Avropa İttifaqına üzvlük yolunda dəstək verməyə çağırıb.

Bununla yanaşı, Macarıstanın yekdillik qaydasından istifadə edərək Ukraynanın Aİ-yə üzvlük danışıqlarının başlanmasına mane olduğu vurğulanıb.

Jalə Rövşən

TodayPress TV

tag: Volodimir Zelenski,Avropavropa Siyasi Birliyinin Zirvə toplantısı,Mcarıstan ,Aİ,TodayPressTV,