Vaşinqton Pekinlə iqtisadi əlaqələri saxlamaqda maraqlıdır

Dünya

06.06.2025 09:20

ABŞ administrasiyası Çinlə iqtisadi münasibətləri davam etdirmək və bu ölkənin bazarına çıxış imkanlarını qorumaqda maraqlıdır.

TodayPress TV xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kərolayn Livitt “Fox News” telekanalına müsahibəsində deyib.

O, 5 iyun tarixində ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında baş tutan telefon danışığını “yaxşı və məhsuldar” adlandırıb.

“Trampın Çin sədri ilə həmişə qarşılıqlı hörmətə əsaslanan münasibəti olub. Çin bizim bazarlara, biz isə Çin iqtisadiyyatına və bazarına strateji maraq göstəririk”, – deyə Livitt bildirib.

O qeyd edib ki, tərəflər razılığa gəliblər: iki ölkənin ticarət nümayəndələri münasibətlərin iqtisadi aspektlərini müzakirə etmək üçün görüşlərini davam etdirəcəklər.

Donald Tramp daha sonra jurnalistlərə bildirib ki, telefon danışığı təxminən bir saat yarım çəkib və hər iki ölkə üçün çox pozitiv şəkildə başa çatıb. O, həmçinin Çin sədrinin dəvətini qəbul etdiyini və yaxın zamanda Asiya ölkəsinə səfər edəcəyini açıqlayıb.

Qiymət Mahir

tag: ABŞ,Çin,Donald Tramp,Si Cinpin,