İran israillilərə çağırış etdi

Dünya

15.06.2025 23:15

İran Silahlı Qüvvələri İsrail vətəndaşlarını kritik infrastruktur obyektlərinin yaxınlığındakı əraziləri dərhal tərk etməyə çağırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "TASS" agentliyi yayıb.

Bəyanatda qeyd olunub ki, hədəf kimi əsasən hərbi və təhlükəsizlik obyektləri, qərar qəbuletmə mərkəzləri və İsrail komandirlərinin qərargahları nəzərdə tutulur. 

İran tərəfi vurğulayıb ki, bu obyektlərin dəqiq yerləri Tehrana məlumdur.

İran Silahlı Qüvvələri əlavə edib ki, ölkə İsrail ərazisindəki bütün strateji obyektlərin yerləşmə məlumatlarına malikdir və bu obyektlər cavab zərbələri üçün prioritet hədəflərdir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail əməliyyata başlayaraq İranın nüvə və raket proqramına zərbə endirdiyini açıqlayıb. 

Türkan İsgəndərli

tag: İran,İsrail,Raket,Münaqişə,Todaypress.tv,