ÜST maliyyə çətinlikləri ilə üz-üzə

Dünya

28.05.2025 14:40

5

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 27-də başa çatan iclasında maliyyə sabitliyini bərpa etməyə çalışsa da, hələ də ciddi büdcə çatışmazlığı qalmaqdadır.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Təşkilatın qarşılaşdığı bu maliyyə böhranına əsas səbəblərdən biri ABŞ-nin ÜST-dən çıxmaq qərarı olub. Birləşmiş Ştatlar indiyədək təşkilatın ən böyük fərdi maliyyə dəstəkçisi olub.

Yeni qərara əsasən, ÜST 2026–2027-ci illər üçün büdcəsini əvvəlki 5,3 milyard dollardan 4,2 milyard dollara endirib. Qeyd edək ki, bu da əvvəlki dövrlə – 2024–2025-ci illərdəki 6,8 milyard dollarlıq büdcə ilə müqayisədə daha aşağı rəqəmdir.

Hazırda ÜST-ün əsas büdcəsinin yalnız 60 faizi təmin olunub, qalan 1,7 milyard dollarlıq maliyyə boşluğu isə hələ də qalmaqdadır.

ABŞ rəsmi çıxış prosesini başlatdığı üçün budəfəki iclasa qatılmayıb.

Töhfə Səməd

tag: ÜST,ABŞ,Maliyyə,todaypress.tv,