Putin ABŞ-nin müdafiə planlarına nəzarəti gücləndirir

Dünya

22.09.2025 16:44

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin genişləndirilməsi planlarının diqqətlə izlənilməsini tapşırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin bildirib ki, ABŞ-nin raket əleyhinə müdafiə sisteminin strateji komponentlərinin, o cümlədən kosmosda ələ keçirmə sistemlərinin yerləşdirilməsi hazırlıqlarına xüsusi diqqət yetirilməlidir.

Dövlət başçısı həmçinin Rusiya qurumlarına ABŞ-nin strateji hücum silahları arsenalı (START) ilə bağlı fəaliyyətinə nəzarəti gücləndirməyi tapşırıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Strateji Silahların Azaldılması Müqaviləsinin (Yeni START) müddətinin tezliklə başa çatmasından narahatlığını ifadə edib və bu vəziyyəti “bütün dünya üçün problem” adlandırıb. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,ABŞ,Müdafiə,Putin,Todaypress.tv,