Haaqa Məhkəməsi “Qazprom”la bağlı qərar qəbul etdi
Dünya
22.07.2025 13:35
Haaqa Dairə Məhkəməsi Rusiyanın “Qazprom” şirkətinin Şimal dənizində Almaniyanın "Wintershall Dea" şirkəti ilə ortaq sahib olduğu “Wintershall Noordzee” birgə müəssisəsindəki səhmlərinə və “Gazprom International Projects B.V.” şirkətindəki payına qoyulmuş təminat həbsini ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə məhkəmə sənədlərində bildirilib.
Xatırladaq ki, 2024-cü ilin may ayında Haaqa Dairə Məhkəməsi Ukraynanın “Slavutych-invest” və “Jniva” adlı iki şirkətinin iddiası əsasında “Qazprom”un aktivlərinə qarşı təminat tədbiri kimi həbs qoyulması barədə qərar çıxarmışdı.
Məhkəmənin son qərarı ilə “Qazprom”un bu aktivlərə sərbəst şəkildə sahiblik etməsi və onların kommersiya dövriyyəsində istifadəsi üçün hüquqi maneələr aradan qaldırılmış olur.
Töhfə Səməd
tag: Haaqa Məhkəməsi,Qazprom,Şimal,Dəniz,Almaniya,Todaypress.tv,