Ukraynanın müdafiə xərcləri açıqlandı

Dünya

25.06.2025 17:25

Ukraynanın Baş naziri Denis Şmıqal 2025-ci ilin əvvəlindən ölkənin müdafiə sahəsinə demək olar ki, 1 trilyon qrivna (təxminən 23,8 milyard ABŞ dolları) xərclədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu rəqəm dövlət büdcəsinin ümumi xərclərinin üçdə ikisini təşkil edir.

Baş nazirin sözlərinə görə, cari ilin ilk beş ayı ərzində dövlət xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq rekord səviyyəyə çatıb.

“Biz dövlət büdcəsindən vergiödəyicilərimizin hər bir qrivnasını Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldirik”, - deyə Şmıqal bildirib.

Hökumət 2025-ci il ərzində müdafiə sahəsinə əlavə olaraq 412 milyard qrivna (təxminən 9,8 milyard dollar) ayırmağı planlaşdırır. Bu vəsaitin büdcə gəlirlərinin artırılması və daxili borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Töhfə Səməd

tag: Ukrayna,Baş nazir,Denis Şmıqal,Müdafiə,Xərc,Todaypress.tv,