Ukrayna Türkiyədəki Krım tatarlarına xüsusi status verəcək

Dünya

04.08.2025 12:31

Ukrayna Türkiyədə yaşayan Krım tatarlarına "xarici ukraynalı" statusunun verilməsi üzərində işləyir. Bu proses davam edir, lakin müəyyən çətinliklərlə müşayiət olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal bildirib.

O qeyd edib ki, bəzi Türkiyə vətəndaşı olan Krım tatarları Ukrayna pasportu almaq istəyir. Onların bu qərarı şəxsi maraqlardan deyil, Krımın Ukraynanın bir hissəsi olması ilə bağlı siyasi düşüncələrdən qaynaqlanır.

Diplomat bildirib ki, bu insanlar həm Ukraynaya, həm də Krıma sərbəst səfər etmək hüququ əldə etmək niyyətindədirlər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 15-də çoxsaylı vətəndaşlığa icazə verən qanunu imzalayıb. Bu qanuna əsasən, hansı ölkələrin vətəndaşlarına belə imkan veriləcəyi Ukraynanın təhlükəsizlik və milli maraqları nəzərə alınaraq müəyyən olunacaq.

Türkan İsgəndərli

tag: Ukrayna,Türkiyə,Krım,Tatar,Todaypress.tv,