Ukrayna süni intellekti inkişaf etdirir
Dünya
07.08.2025 12:36
Ukraynada süni intellektin inkişafı üçün ilk dövlət infrastrukturu olan "AI Factory" yaradılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorov məlumat verib.
O bildirib ki, Ukraynanın məqsədi 2030-cu ilə qədər süni intellekt sahəsində dünyanın ilk 3 ölkəsindən biri olmaqdır. Bu məqsədlə ölkədə süni intellekt üçün xüsusi texniki infrastruktur qurulur.
"AI Factory" layihəsi çərçivəsində müasir avadanlıq və proqram təminatı ilə təchiz edilmiş dövlət süni intellekt xidmətləri yaradılacaq. Məlumatlar ölkə daxilində qalacaq və sorğular daha sürətli emal ediləcək.
İlk olaraq süni intellekt “Diia” tətbiqində köməkçi kimi istifadəyə veriləcək, daha sonra müdafiə, elm və tibb sahələrində də tətbiq olunacaq.
Türkan İsgəndərli
tag: Ukrayna,AI,Süni intellekt,Diia,Todaypress.tv,