Lüksemburq Ukrayna üçün silah alınmasına qoşulur
Dünya
02.09.2025 19:45
Lüksemburqun Baş naziri Lük Friden bəyan edib ki, ölkəsi Ukrayna üçün ABŞ-dən 500 milyon dollarlıq növbəti silah alış paketində iştirak edəcək.
TodayPress TV xəbər verir ki, NATO saytında yayımlanan mətbuat konfransında çıxış edən Friden bildirib:
"Lüksemburq hələ müəyyənləşdirilməmiş digər dövlətlərlə birlikdə əsasən Amerika istehsalı olan hazır silahların maliyyələşdirilməsində iştirak edəcək".
Baş nazir ümid edib ki, yaxın həftələrdə Ukraynaya yardım göstərmək istəyən ölkələrin sayı artacaq. Söhbət NATO üzvü olan dövlətlərin ianələri hesabına Ukrayna ordusuna silahların sürətli şəkildə çatdırılmasını nəzərdə tutan PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsündə iştirakdan gedir.
Qiymət Mahir
tag: Lüksemburq,Lük Friden ,Ukrayna ,ABŞ,NATO ,Todaypress.tv,