Kallas: "Aİ Filippinlə danışıqlara başlayacaq"

Dünya

02.06.2025 12:21

Avropa İttifaqı (Aİ) və Filippin əsas müdafiə sektorlarında əməkdaşlığı artırmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə xüsusi təhlükəsizlik platforması quracaqlar. 

TodayPress TV xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas Filippinin xarici işlər naziri Enrike Manalo ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Kallas qeyd edib ki, yeni platforma təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə, həmçinin regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verən birgə təşəbbüslərin araşdırılmasına imkan verəcək.

Diplomat vurğulayıb ki, tərəflər dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik, xarici müdaxilə və informasiya manipulyasiyası, terrorla mübarizə və böhrana cavab kimi vacib sahələrə xüsusi diqqət yetirəcəklər.

Kallas həmçinin bildirib ki, Aİ və Filippin Cənubi Çin dənizi də daxil olmaqla, ortaq problemlərlə üz-üzədirlər. 

Türkan İsgəndərli

tag: Aİ,Kallas,Çin,Filippin,todaypress.tv,