Çin ABŞ ilə danışıqlar aparacaq

Dünya

04.10.2025 13:10

Çin əməliyyatlara qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün ABŞ ilə danışıqlar aparmağa çalışır

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Çin Tramp administrasiyasını ABŞ-dəki Çin sövdələşmələri ilə bağlı bəzi milli təhlükəsizlik məhdudiyyətlərini aradan qaldırmağa məcbur edir”, – nəşr yazır.

O, həmçinin vurğulayır ki, Çin səlahiyyətliləri ABŞ-yə böyük sərmayələr qoya bilər.

Qeyd edək ki, oktyabrın 1-də Ağ Evin “Truth” sosial səhifəsində Çin Prezidenti Si Cinpin görüşmək niyyətində olduğunu yazmışdı.

O, danışıqların dörd həftə ərzində baş tutacağını bildirib.

Tramp qeyd edib ki, soya tədarükü əsas müzakirə mövzusu olacaq. 

O, həmçinin qeyd edib ki, ABŞ-nin keçmiş Prezidenti Co Bayden Vaşinqton və Pekin arasında Çinin milyardlarla dollarlıq Amerika kənd təsərrüfatı məhsullarını almasını nəzərdə tutan sazişi yerinə yetirə bilməyib.

Orxan Saffari

TodayPress TV

tag: Çin,ABŞ,Danışıqlar,Müzakirə,Todaypress.tv,