Ukrayna səfərbər olunan şəxsi heyətin sayının artdığını açıqladı
Mayın 28-dən etibarən Ukraynada kritik əhəmiyyətli statusa malik müəssisə və qurumlar bu statusu rəsmi şəkildə təsdiqləməlidir. Əks halda, onların bu statusu ləğv olunacaq və əməkdaşlarının səfərbərlikdən möhlət hüququ qüvvədən düşəcək.
TodayPress TV “Strana.ua”ya istinadən xəbər verir ki, bu barədə
Ukraynanın İqtisadiyyat Nazirliyinin məktubunda bildirilib.
Qeyd olunub ki, müəssisələr və qurumlar İqtisadiyyat
Nazirliyinə elektron poçt vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
• 2025-ci il yanvarın 1-dən aprelin
30-dək olan dövr üzrə dövlət büdcəsinə və sosial fondlara vergi və ödənişlərin
həyata keçirilməsi barədə məlumat,
• vergi orqanlarının informasiya
sistemlərindən əldə olunan hesabatlar,
• mülkiyyət və ya icarə hüququnu təsdiqləyən
sənədlər,
• ölkə daxilində ən azı üç və ya daha
çox vilayətdə fəaliyyət göstərdiklərini təsdiq edən sənədlər.
Statusun saxlanılması və ya ləğvi barədə qərar İqtisadiyyat Nazirliyi nəzdində yaradılmış xüsusi komissiya tərəfindən qəbul ediləcək.
Qiymət Mahir
tag: Ukrayna ,Səfərbər ,Dünya,Şəxs,Todaypress.tv,