Ukrayna Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi
Dünya
23.08.2025 20:50
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onu dəstəkləyənlərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərmanı imzalayıb.
Todaypress TV-nin məlumatına görə, Ukrayna Prezidenti bu barədə "Telegram" kanalında yazıb.
"Sanksiya tətbiqini davam etdiririk. Bu gün iki fərman imzaladım. Birincisi, Ukraynada tərəfdaşların, xüsusilə Kanadanın sanksiyalarının sinxronizasiyası. Bu, Rusiyanın döyüş əməliyyatlarını dəstəkləyən 139 fiziki və hüquqi şəxsə qarşı Kanada tərəfindən tətbiq olunan sanksiyalarının 100% sinxronizasiyasıdır", – paylaşımda bildirilib.
Rusiyaya müharibəni davam etdirməyə kömək edən hər kəsin dünya ictimaiyyətinin real təzyiqini öz üzərində hiss etməli olduğunu vurğulayan Zelenski qeyd edib:
"Bu gün imzaladığım ikinci fərman torpaqlarımızda işğal rejimini davam etdirməkdə ruslara kömək edən və faktiki olaraq, Rusiya dövlətini maliyyələşdirən müxtəlif ölkələrin 28 vətəndaşına qarşı sanksiyadır".
tag: Sanksiya, UKrayna, Rusiya,Zelenski,todaypress.tv,