Suriyada parlament seçkiləri başa çatdı
Dünya
05.10.2025 19:45
Suriyada vətəndaş müharibəsi və Əsəd rejiminin devrilməsindən sonra ilk parlament seçkiləri başa çatıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə bütün vətəndaşlar iştirak etməyib, siyasi partiyalar da kənarda qalıblar.
Keçmiş Əsəd tərəfdarlarının səs verməsi və seçilməsi qadağan olunub. 250 yerlik parlamentin üzvləri müxtəlif komitələr və seçki kollegiyaları vasitəsilə müəyyən olunacaq, üçdə birini isə Suriya Prezidenti Əhməd əş-Şara seçəcək.
İyun ayında təyin olunan Ali Komitənin 11 üzvü seçkilərə nəzarət edib. Ali Komitə Suriyanın 62 seçki dairəsində alt komitələr yaradıb. Bəzi dairələr Xalq Şurasında əhalinin sayına görə birdən çox yerə sahib olacaq.
Xalq Şurasına Seçkilər üzrə Ali Komitənin nümayəndəsi Nuvar Nəcmə bildirib ki, bütün məntəqələrdə səsvermə başa çatıb və indi səslər hesablanır.
Jalə Rövşən
tag: Suriya,Parlament seçkiləri,Bəşər Əsəd,Komitə,Todaypress.tv,
