Kolumbiyada ardıcıl terror hücumları: 17 ölü, 41 yaralı
Dünya
22.08.2025 14:00
Kolumbiya bir neçə bölgədə ardıcıl terror hücumları ilə sarsılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ölkənin hərbi obyektlərinə və polis helikopterinə yönəlmiş hücumlar nəticəsində azı 17 nəfər həyatını itirib, 41 nəfər yaralanıb.
Ən ağır hadisə Antioquia bölgəsinin Amalfi kəndində baş verib. Kokain plantasiyalarının məhv edilməsi əməliyyatında iştirak edən polis helikopteri pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alınıb və vurularaq yerə çırpılıb.
Rəsmi məlumatlara görə, helikopterdə olan 12 polis əməkdaşı həlak olub, 5 nəfər isə yaralanıb. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə ilə bağlı məsuliyyətin Kolumbiyanın sabiq silahlı üsyançı təşkilatı Kolumbiya İnqilabi Silahlı Qüvvələri (FARC) silahlı qolu olan "Estado Mayor Central" (EMC) qruplaşmasının 36-cı cəbhəsinin üzərinə düşdüyü açıqlanıb.
Töhfə Səməd
tag: Kolumbiya,Terror,Hücum,Ölüm,Todaypress.tv,