Ukrayna Rusiyaya itkin düşmüş uşaqların siyahısını təqdim etdi
Dünya
04.06.2025 17:47
Ukrayna tərəfinin təqdim etdiyi 339 nəfərlik uşaq siyahısı Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın aparatına göndərilib.
TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, hazırda siyahı üzrə Rusiya Daxili İşlər Nazirliyi ilə birgə araşdırma aparılır: “Hazırda bəzi detalları açıqlamaq istəmirəm, lakin qeyd edim ki, iş mexanizmimiz dəyişməyəcək. Əvvəla, görürük ki, deyilən 20-25 min uşaqdan söhbət getmir, siyahıda cəmi 339 uşaq var və biz hər bir uşağın məsələsinə ayrıca baxacağıq”.
Uşaq hüquqları üzrə müvəkkil əlavə edib ki, prezidentin mövqeyi aydındır: əgər valideyn və ya qanuni nümayəndə varsa, müvəkkil işə qoşulur və kömək göstərilir. “Bu, sırf humanitar məsələdir, biz bunu siyasi polemikaya çevirmirik, konkret uşağın maraqlarına uyğun şəkildə hərəkət edirik”, – deyə Lvova-Belova vurğulayıb.
Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski də jurnalistlərə Ukrayna nümayəndə heyətinin danışıqların ikinci raundu zamanı təqdim etdiyi 339 nəfərlik siyahını nümayiş etdirib. Onun sözlərinə görə, siyahı insan hüquqları üzrə müvəkkilə təqdim olunacaq və hər bir uşağın məsələsi ayrıca araşdırılacaq.
Töhfə Səməd
tag: Ukrayna ,Uşaq,Siyahı,Rusiya,Mariya Lvova-Belova,todaypress.tv,