Ukrayna "Gripen C/D" qırıcıları ala bilər
Dünya
26.10.2025 17:15
Ukraynanın yalnız yeni Gripen E deyil, həm də əvvəl istifadə olunmuş Gripen C/D qırıcılarını əldə etmə ehtimalı yüksəkdir.
TodayPress TV xəbər verir ki, "Defense Express"nəşri yazıb.
Məlumata əsasən, bunun səbəbi ilk təyyarələrin çatdırılması üçün nəzərdə tutulan müddətin çox qısa olmasıdır.
Nəşrin analitiklərinin fikrincə, Prezident Volodimir Zelenskinin 150 ədəd Gripen qırıcısının alınmasına dair açıqlaması yaxın vaxtlarda məhz əvvəlki modifikasiyalı təyyarələrin Ukraynaya verilə biləcəyinə işarə edir.
Bildirilib ki, Gripen E qırıcılarının tədarükü ilə bağlı hələlik rəsmi müqavilə imzalanmayıb və bu proses üçün bir ildən bir qədər artıq vaxt son dərəcə qısadır.
Analitiklər hesab edirlər ki, Saab şirkətinin istehsalı olan İsveç təyyarələrinin Ukraynaya verilməsini nəzərdə tutan razılaşmada istifadə olunmuş qırıcıların təhvilini də əhatə edən bənd ola bilər.
Jalə Rövşən
tag: Ukrayna ,Gripen E,Gripen C/D ,Qırıcı təyyarə,Todaypress.tv,
