ABŞ Aİ-dən Polşadakı seçkilərlə bağlı brifinq tələb edir
Dünya
28.05.2025 17:10
ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin üzvləri Avropa Komissiyasını Polşadakı prezident seçkilərində mümkün saxtakarlıqlarla bağlı brifinq keçirməyə çağırıblar.
TodayPress TV xəbər verir ki, bu barədə qanunvericilərin Aİ-yə göndərdiyi məktubda deyilir.
Konqres üzvləri Aİ-dən seçkilərdə xarici müdaxilə, xüsusilə Corc Sorosla əlaqəli təşkilatlar və ABŞ Demokrat Partiyası tərəfindən maliyyələşmə iddialarına aydınlıq gətirilməsini istəyiblər.
Onlar həmçinin müxalif “Hüquq və Ədalət” partiyasının dövlət maliyyələşməsinin dayandırılmasını da tənqid ediblər.
Qeyd edək ki, mayın 18-də Polşada keçirilən prezident seçkilərində Rafal Trzaskovski və Karol Navrocki ikinci turuna keçiblər.
Seçki günü 63 qanun pozuntusu qeydə alınıb.
Türkan İsgəndərli
tag: ABŞ,Polşa,Seçki,Qanun,todaypress.tv,