Uitaker: "Tramp Putinə və Zelenskiyə təzyiq yolları axtarır"

Dünya

24.10.2025 10:54

"ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən müharibəni dayandırmaq məqsədilə həm Moskva, həm də Kiyevə təzyiq göstərmək üçün yeni yollar axtarır".

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker "Newsmax" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət heç kimin qazana bilmədiyi "xəndək müharibəsinə” çevrilib.

“Tramp Rusiya Prezidenti Vladimir Putinə təzyiqi davam etdirməyin, eyni zamanda açıq danışsaq, Ukrayna Prezidenti Volodimir Zelenskiyə də təzyiq göstərməyin yollarını tapmağa çalışır. Məqsəd isə hər iki tərəfi danışıqlar masasına gətirib atəşkəsə razı salmaq, müharibəni dayandırmaq və qətlləri sona çatdırmaqdır”, - deyə Uitaker vurğulayıb.

O qeyd edib ki, Tramp Putinin gərginliyi azaltmaq istəksizliyindən getdikcə daha çox narahat olur. Onun sözlərinə görə, ABŞ prezidentinin bütün kartlar əlindədir və o, bu imkanlardan düzgün zamanda və lazım bildiyi kimi istifadə edəcək.

Aysel Mətləb

TodayPress TV

tag: Metyu Uitaker ,Tramp,Putin,Zelenski,Todaypress.tv,