Polşada kütləvi etiraz aksiyaları başladı: 80 şəhər ayağa qalxdı
Dünya
19.07.2025 16:10
Polşada sağçı “Konfederasiya” hərəkatı hökumətin miqrasiya siyasətinə qarşı 80 şəhərdə etiraz aksiyaları keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Polis bildirib ki, ölkə üzrə 100-dən çox yerdə etirazlar qeydiyyatdan keçib və minlərlə insanın iştirak edə biləcəyi gözlənilir. Təşkilatçıların proqnozuna əsasən, aksiyalarda 100 mindən çox adam iştirak edəcək, ən böyük mitinq paytaxt Varşavada baş tutur.
Etirazçılar hökumətin qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə aparmadığını iddia edir və bu işi adi vətəndaşların üzərinə düşdüyünü bildirirlər. Eyni zamanda, onlar Avropa İttifaqının miqrasiya paktı və miqrantların inteqrasiyası mərkəzlərinin tikintisinə qarşı çıxırlar.
Töhfə Səməd
tag: Polşa,Sağçı,Konfederasiya,Etiraz,Aksiya,Todaypress.tv,