Gürcüstanda xarici agentlər haqqında qanun təsdiqləndi

Dünya

31.05.2025 13:00

Gürcüstanda ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununa bənzər xarici agentlər haqqında yeni qanun qüvvəyə minib.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Qanunvericilik Heraldı məlumat yayıb.

Qanun həm şəxslərə, həm də təşkilatlara şamil olunur və 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Sənəd xarici dövlətlərin maraqlarına xidmət edən və ya xaricdən maliyyə alan şəxsləri və təşkilatları “xarici agent” kimi tanıyır. Bu qaydalar mediaya da aiddir.

Qanunun icrasına Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək.

Hakim “Gürcü Arzusu” partiyası bildirir ki, bu qanun xarici təsirlərlə mübarizədə daha təsirli olacaq. Qərar aprelin 1-də parlament tərəfindən qəbul edilib və 60 gün sonra qüvvəyə minib.

Türkan İsgəndərli

tag: Gürcüstan,ABŞ,Qanun,Layihə,todaypress.tv,