Türkiyənin yeni “Arpan 155” haubitsası sınaqları uğurla keçdi
Dünya
14.07.2025 12:37
Türkiyənin yeni təkərli özüyeriyən haubitsası “Arpan 155” atış sınaqlarından uğurla keçib. Silah kompleksinin texniki göstəriciləri gözləntiləri üstələyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Army Recognition” nəşri məlumat yayıb.
Haubitsanın layihəsi Türkiyənin ASFAT, ASELSAN, MKE və BMC şirkətlərinin təşəbbüsü ilə hazırlanıb. Verilən məlumata görə, qurğunun atəş intensivliyi əvvəlcə dəqiqədə 6 atım olaraq nəzərdə tutulsa da, sınaq zamanı bu göstərici 8 atıma çatdırılıb.
155 mm-lik, 52 kalibr uzunluğunda lüləyə malik “Arpan 155” 8x8 təkər formuluna sahib dörd oxlu şassidə qurulub. Silah NATO standartlarına uyğun sursatlarla işləmək qabiliyyətinə malikdir və əl ilə, həm də yarıavtomatik rejimdə doldurula bilir.
Yeni sistem Türkiyənin artilleriya sahəsində NATO ilə inteqrasiya səviyyəsini yüksəltməyi hədəfləyir.
Qiymət Mahir
tag: Türkiyə,“Arpan 155”,ASFAT,ASELSAN,Todaypress.tv,