Fransada yanğınlar nəzarətdən çıxdı
Dünya
07.08.2025 14:08
Fransanın cənubunda baş verən böyük meşə yanğını ölkədə son illərin ən ciddi təbii fəlakətlərindən birinə çevrilib.
TodayPress TV xəbər verir ki, Baş nazir Fransua Bayru bu hadisəni “görünməmiş miqyaslı fəlakət” adlandırıb.
Onun sözlərinə görə, yanğın 5 avqust Ribaute kəndində başlayıb və isti, quru, küləkli hava səbəbindən sürətlə yayılıb. 2100-dən çox yanğınsöndürən, təyyarələr və hərbi hissələr alovlara qarşı səfərbər edilib. İki düşərgə təxliyə olunub, sakinlərə evlərində qalmaq tövsiyə edilib.
Ətraf Mühit Nazirliyi bölgədə ciddi quraqlıq və su çatışmazlığı olduğunu bildirib. Uzun müddətli yağışsızlıq bitkiləri qurudub və yanğının sürətlə yayılmasına səbəb olub.
Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən bu cür yanğınlar daha tez-tez və dağıdıcı olur. Avropa, dünyada temperaturun ən sürətlə artdığı bölgələrdəndir.
Türkan İsgəndərli
tag: Fransa,Yanğın,Meşə,İqlim,Todaypress.tv,