Türkiyəli cərrahlardan Hollandiyada tarixi əməliyyat
Dünya
30.10.2025 15:31
Türkiyəli cərrahlar Hollandiyada ilk dəfə canlı donor qaraciyər transplantasiyasını həyata keçiriblər.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, Əməliyyat Leiden Universiteti Xəstəxanasında Prof. Dr. Həmdi Karakayalı, Prof. Dr. Tonguç Utku Yılmaz və Prof. Dr. Yaman Tokatın rəhbərliyi ilə baş tutub.
Cərrahlar 29 yaşlı donorun qaraciyərinin bir hissəsini 45 yaşlı hollandiyalı xəstəyə köçürüblər. 13 saat davam edən əməliyyat uğurla yekunlaşıb. Donor əməliyyatı Tayvandan olan mütəxəssisin iştirakı ilə robot üsulla icra olunub.
Prof. Dr. Karakayalı bildirib ki, Türkiyə hazırda canlı donor orqan nəqlində dünyada birinci yerdədir. O, həmçinin ölkədə cəsəddən orqan bağışlarının artmasının vacibliyini vurğulayıb. Yeni qaydalara əsasən, orqan donorluğu artıq e-Hökumət və e-Nəbz platformaları üzərindən də qeydiyyata alınır.
Jalə Rövşən
