Almaniya Norveçdən raketlər alacaq

Dünya

05.06.2025 19:45

Almaniya Norveç istehsalı olan Birgə Zərbə Raketləri (JSM) almağa hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Bu raketlər Almaniyanın F-35 döyüş təyyarələrində istifadə olunacaq.

Alqı-satqı müqaviləsinin 2025-ci ilin birinci yarısının sonuna qədər imzalanması gözlənilir. Layihənin dəyəri təxminən 6,5 milyard Norveç kronu (təxminən 560 milyon avro) təşkil edir. Almaniya Bundestaqı bu planı artıq təsdiqləyib.

Raketlər Norveçin Kongsberg "Defense & Aerospace" şirkəti tərəfindən ABŞ-nin "Raytheon Missiles & Defense" şirkəti ilə əməkdaşlıqda hazırlanıb və xüsusilə F-35 qırıcıları üçün uyğunlaşdırılıb. Bu raketlər həm quru, həm də dəniz hədəflərini uzaq məsafədən yüksək dəqiqliklə məhv etməyə qadirdir.

Qeyd edək ki, Almaniya bu raketləri alan beşinci ölkə olacaq.

Türkan İsgəndərli

tag: Almaniya,Norveç,Raket,Təyyarə,todaypress.tv,