Türkiyə Suriyada İŞİD-ə qarşı hərbi bazalar yaratmağı planlaşdırır

Dünya

25.05.2025 16:15

Türkiyə Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə hərbi bazalar yaratmağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Türkiye” qəzeti təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, planlaşdırılan bazalar quru qoşunları və hava qüvvələrinin birgə istifadəsi üçün nəzərdə tutulan baza, eləcə də dəniz qüvvələrinə məxsus baza olacaq. Yeni şəraitdə Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin təmin olunması üçün zəruri yardımları göstərmək niyyətindədir, deyə qeyd olunur.

Məqalədə bildirilir ki, yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında baş tutacaq görüş Suriyaya dair bir çox məsələlərin həllində mühüm əhəmiyyət kəsb edəcək. Görüşün dəqiq vaxtı və yeri hələlik açıqlanmayıb.

Qəzet həmçinin iddia edir ki, ABŞ Suriyadan öz hərbi kontingentinin böyük hissəsini çıxaracaq, lakin “simvolik baza” saxlayacaq.

Töhfə Səməd 

tag: Türkiyə ,Suriya,İŞİD,Terror,todaypress.tv,