Türkiyə "Google"a cərimə tətbiq etdi

Dünya

10.07.2025 16:47

Rəqabət hüququ çərçivəsində şirkətlərə tətbiq edilən və ya onların könüllü verdiyi öhdəliklərin, ədalətli rəqabət mühitinin təmin olunması və istehlakçı rifahının qorunması baxımından mühüm rol oynayır Bu öhdəliklərə əməl etməyən şirkətlər inzibati pul cəzaları ilə qarşılaşa bilər və "Google"a verilən cəza bunun konkret nümunəsidir.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumunun rəsmi saytında yayımlanan açıqlamada bildirilib. 

Açıqlamaya görə, "Google"un "işlətmə reklamları" adlandırdığı yeni dizaynlar, 2021-ci ildə “yerli axtarış xidmətləri” ilə bağlı verilən qərara əsasən qoyulan öhdəlikləri pozur. Bu səbəbdən şirkətə 2024-cü ildə gündəlik gəlirinin on mində beşi (0,05%) nisbətində para cəzası tətbiq olunub. Cəzanın məbləği 482 milyon 696 min 845 TL olaraq açıqlanıb.

Bildirilib ki, "Google" bu öhdəliklərə uyğunluq prosesi çərçivəsində təkliflər versə də, yeni təqdim etdiyi dizaynlar əvvəlki araşdırmalardakı problemli dizaynlarla eyni funksiyaya malikdir və qaydalara ziddir.

Türkan İsgəndərli

tag: Türkiyə,Google,Rəqabət,Dizayn,Todaypress.tv,