İtaliyada böyük narkotik satıcısı həbs edildi

Dünya

13.10.2025 18:15

İtaliya polisi təsadüfən böyük narkotik ticarətinə bağlı şəxsi həbs edib. 

TodayPress TV xəbər verir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, onun evindən təxminən 200 kiloqram kokain təxminən 16 milyon avro dəyərində narkotik tapılıb.

Kişini küçədə şübhəli davranışına görə saxlayıblar. Karabinyerlərin şəxsi axtarışı zamanı üzərindən külli miqdarda nəğd pul aşkarlanıb. 

Ev axtarışı zamanı 8 torbada 191 paket kokain və əlavə olaraq 30 min avro nağd pul, gülləli tapança götürülüb. Narkotik müxtəlif markalı loqolarla bölünərək təxminən 8 000 doza halına salınıb.

Rəsmi şəxslər bildiriblər ki, bu yük Roma küçələrində paylanmaq üçün nəzərdə tutulub və belə miqdarda narkotik təşkil olunmuş cinayətkarlığın maliyyələşməsinə xidmət edə bilər. Həbs edilən şəxsin Albaniya vətəndaşı olduğu bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İtaliya,Narkotik,Narkobaron,Ticarət,Todaypress.tv,