Türkiyə Ərdoğanı təhqir edən jurnalisti buraxdı
Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmək və terrorçu qruplaşmaya üzv olmaq ittihamı ilə Türkiyədə həbs edilən isveçli jurnalist Joakim Medin bir qədər əvvəl azadlığa buraxılıb və o, İsveçə yollanıb.
TodayPress Tv xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib.
Martın sonunda Türkiyədə baş verən hadisələri işıqlandırmaq üçün İstanbula uçan Medin orada saxlanılıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi jurnalistin peşəkar fəaliyyətinə görə deyil, prezident Ərdoğanı təhqir etmək və terror qruplaşmasına üzv olmaq ittihamı ilə həbs olunduğunu bildimişdi.
Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, Medin mətbuatla Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) arasında əlaqəni təmin edib.
Kristersson İsveç Xarici İşlər Nazirliyinə və onun avropalı həmkarlarına bu problemin həllinə görə təşəkkür edib.
tag: İsveç, Ulf Kristersson, Jurnalist, Ərdoğan, todaypress Tv,