Venesuela parlament seçkilərində sosialistlər qalib gəldi
Dünya
26.05.2025 10:42
Venesuelada mayın 25-də keçirilən parlament, yəni Milli Assambleya seçkilərində Sosialist Partiyası 83 faiz səs toplayaraq qələbə qazanıb.
TodayPress TV "Yle"yə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin seçki orqanları yayıb.
Sosialistlərə yaxın digər bir siyasi qrup isə əlavə olaraq 6 faiz səs qazanıb.
Buna qarşılıq, müxalifət cəmi 5,17 faiz səs toplaya bilib.
Qeyd edək ki, bir çox müxalifət liderləri ötənilki prezident seçkilərində Nikolas Maduronun saxtakarlıqla qalib gəldiyini iddia edərək, tərəfdarlarını bu seçkiləri boykot etməyə çağırmışdı. Beynəlxalq ictimaiyyət də həmin seçkilərin legitimliyinə şübhə ilə yanaşır.
Bu qələbə nəticəsində sosialistlər ölkənin Ali Məhkəməsində də təsir gücünü qoruyub saxlayırlar. Məhkəmənin üzvləri siyasi qərarlarla təyin olunur.
Eyni zamanda, keçirilən seçkilərdə ölkənin 24 əyalətinin qubernatorları da müəyyən edilib.
Müxalifət yalnız bir əyalətdə qələbə qazanıb.
Töhfə Səməd
tag: Venesuela,Milli Assambleya,Sosialist Partiyası,Qalib,todaypress.tv,