Britaniyada aviasiya şirkətinə kiberhücum: şübhəli sərbəst buraxılıb

Dünya

24.09.2025 17:22

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) West Sussex şəhərində bir şübhəlini kompüterdən sui-istifadə cinayəti üzrə saxlayıb. Şübhəli daha sonra şərti girov müqabilində sərbəst buraxılıb.

TodayPress TV "France 24"ə istinadən xəbər verir ki, hadisə AB-nin kibertəhlükəsizlik agentliyinin Collins Aerospace xidmət provayderini hədəf alan “üçüncü tərəf ransomware” hücumu ilə əlaqələndirdiyi bir sıra Avropa mərkəzlərində baş verən kiber pozuntuların fonunda baş verir.

NCA direktor müavini Paul Foster bildirib ki, həbs müsbət addımdır, lakin araşdırma hələ ilkin mərhələdədir və davam edir. O, kibercinayətkarlığın Böyük Britaniyaya ciddi ziyan vuran qlobal təhlükə olduğunu vurğulayıb.

Collins Aerospace şirkəti bildirir ki, kiberhücum MUSE proqram təminatında pozuntulara səbəb olub və nəticədə müştərilər elektron qeydiyyat və baqajın buraxılması əməliyyatlarını əllə həyata keçirməli olublar.

Avropada bir sıra hava limanlarında, o cümlədən Dublin, Cork və Brüsseldə uçuşlarda gecikmələr və ləğvlər yaşanıb. Hitrou hava limanında isə uçuşların böyük əksəriyyəti artıq plan üzrə həyata keçirilir.

Qeyd edək ki fransız aerokosmik şirkəti Thales-in hesabatına görə, 2024-2025-ci illərdə hava limanlarına və aviaşirkətlərə qarşı kiberhücumların sayı 600 faiz artacaq. Hesabatda hava yolları, hava limanları və naviqasiya sistemlərinin zəncirdəki hər bir əlaqəsinin hücuma qarşı həssas olduğu xəbərdarlığı verilib.

Jalə Rövşən 

TodayPress TV

tag: Böyük Britanioya,Kiberhücum,Aviasiya,TodayPressTV,