“Turkish Airlines” Ermənistana uçuşlara başlayacaq
Dünya
03.10.2025 12:05
“Turkish Airlines” aviaşirkəti yaxın gələcəkdə Ermənistana uçuşlara başlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan parlamentdə keçirilən brifinq zamanı məlumat verib.
Uzun illərdir, "Turkish Airlines”ın Ermənistan bazarına daxil olması məsələsi müzakirə olunurdu. Amma siyasi səbəblərə görə bu aviaşirkət Ermənistana gəlmirdi. Xüsusi nümayəndələrin son görüşünün yekunlarına dair açıqlamada da bildirildi ki, hava nəqliyyatı sahəsində əməkdaşlıq fəallaşdırılmalıdır. Artıq görürük ki, “Turkish Airlines” İrəvana uçuşlar planlaşdırdığını açıqlayıb”, - deyə o bildirib.
Bu uçuşların dəqiq nə vaxt başlayacağı hələlik məlum deyil. Texniki və hüquqi məsələlər, o cümlədən lisenziya prosesi ilə bağlı hələ işlər gedir. Lakin Xandanyanın sözlərinə görə, proses ən qısa zamanda baş tutacaq.
Aysel Mətləb
tag: Ermənistan,Türkiyə,Hava,Yolları,Todaypress.tv,
