Trampın BRICS-ə tarif qərarına Moskvanın cavabı: “Rusiya artıq uyğunlaşıb”
Dünya
09.07.2025 16:57
Rusiya Dövlət Dumasının Sənaye və Ticarət Komitəsi sədrinin müavini Aleksandr Kozlovski ABŞ Prezidenti Donald Trampın BRICS ölkələrindən idxala 10% rüsum tətbiq ediləcəyi ilə bağlı bəyanatını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Kozlovskinin sözlərinə görə, ABŞ artıq Rusiya üçün əsas ticarət tərəfdaşı deyil və ölkə iqtisadiyyatı “yeni şərtlərə uyğunlaşıb”.
“Bu qərarın real təsiri olmayacaq. Rusiya üçün əsas məqsəd BRICS daxilində ticarətin gücləndirilməsidir", – deyə Kozlovski bildirib.
Deputat qeyd edib ki, Rusiya da ABŞ mallarına qarşı eyni məzmunda cavab tədbirləri görə bilər.
“Əvəzolunması çətin olan mallar – nadir torpaq metallar, mühərrik və onların hissələri – Rusiya tərəfindən ixrac olunur. İtkiyə daha çox kim düşəcək, bəlli deyil”, – deyə o vurğulayıb.
Qiymət Mahir
tag: Tramp,ABŞ,BRICS,Rusiya,Todaypress.tv,